2025 i yola salıb 2026-nın gəlişini səbirsizliklə gözləyirik.
1xeber.media xəbər verir ki, respublikamızın hər yerində yeni ilin qarşılanması üçün xüsusi proqramlar hazırlanıb, tədbirlər təşkil olunub.
Paytaxt Bakımızın ən gözəl rayonlarından biri olan Xətai rayonunda isə 2026 cı ilin gəlişinə xüsusi həssaslıqla yanaşılıb. Küçə və prospektlərin işıqlandırılmasına özəl rəng çalarları əlavə olunub.
Rayonun hər güşəsində yeni il ab-havası duyulur. Yolka ağacları zövqlə bəzədilib, ətraf ərazilərdə göz oxşayan bəzək əşyaları yerləşdirilib.
Ümid edək ki, 2026 ölkəmiz üçün düşərli bir il olacaq. Müstəqil ölkəmizin vətəndaşlarının rahat və firəvan həyatlarına daha da xoş və gözəl günlər yaşamaq nəsib olacaq!
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl Bayramınız mübarək!

















