
1xeber.media xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın Avropa İttifaqına daxil olmasını onun təhlükəsizliyinin əsas təminatı adlandırıb.
"Azad Ukraynanın çiçəklənməsi onun Aİ-yə daxil olması ilə bağlıdır. Bu, özlüyündə təhlükəsizliyin əsas təminatıdır. Qoşulma təkcə Aİ-yə daxil olan ölkələrə fayda vermir - ardıcıl genişlənmə dalğaları göstərdi ki, bütün Avropa bundan faydalanır", - deyə fon der Leyen qeyd edib.
Onun sözlərinə görə, Avropa liderləri bu gün Ukrayna ilə bağlı müzakirə aparıblar və o, bunu "yaxşı müzakirə" adlandırıb.
“Bu gün biz Avropa liderləri ilə Ukraynaya, onun təhlükəsizliyinə və ölkənin yenidən qurulmasına dəstəyimizlə bağlı səmərəli müzakirə apardıq”, - deyə fon der Leyen bildirib.

















