ABŞ lideri Donald Tramp bir neçə gün əvvəl Maduronun tutulması əməliyyatını təsdiqləyib və onun yeri CIA agentləri tərəfindən izlənilib.
1xeber.media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb.
**
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Truth Social"da yazıb.
"Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, prezident Nikolas Maduroya qarşı böyük bir hücuma uğurla başladı. Maduro isə həbs olunaraq həyat yoldaşı ilə birlikdə ölkədən çıxarıldı", - deyə amerikalı lider yazıb.

















