"Ölkə ərazisinin coğrafi olaraq cəmi 5%-ni təşkil edən Abşeron yarımadası (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) iqtisadi cəhətdən böyüdükcə, ölkənin yerdə qalan 95% ərazisi kiçildi..."
1xeber.media xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
O daha sonra bildirir: "Yəni Bakı kiçilmədikcə, ölkə böyüməyəcək. Ya da əksinə bölgələr böyüyüb ölkəni böyütmədikcə, Bakı kiçilməyəcək.
Deməli, 2014-cü ildə ölkə üzrə topdansatış ticarətin 73%-i Abşeron yarımadasının payına düşürdü. 10 il sonra - 2024-cü ildə bu göstərici 90%-ə çatıb.
2014-cü ildə pərakəndə ticarətin 56%-i Abşeron yarımadasının payına düşürdü. 2024-cü ildə həmin göstərici 66%-ə yüksəldi..."

















