Ermənistan Azərbaycandan yanacaq alışında ildə 100 milyon dollara qədər qənaət edə biləcək.
1xeber.media xəbər verir ki, bunu hakim "Mülki müqavilə" partiyasından olan və şirkəti Azərbaycan benzinini idxal edən parlament üzvü Xaçatur Sukiasyan deyib.
"Son 30 ildə Ermənistan həmişə müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb və nəqliyyat xərclərinə külli miqdarda vəsait xərclənib. Təxmini hesablamalara görə, əgər Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, ildə 80-100 milyon dollar qənaət edərdi", -deyə parlament üzvü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məbləğ digər sahələrin inkişafı üçün istifadə edilə bilər.

















