ABŞ-ın Venesuelaya hücumu və onun prezidenti Nikolas Maduronun qaçırılması dəhşətli presedent yaradır.
1xeber.media xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes mətbuat konfransında Vaşinqtonu tənqid edib.
“İspaniya açıq-aşkar qeyri-qanuni olan, beynəlxalq hüququ pozan və yeganə məqsədi təbii sərvətlərini ələ keçirmək üçün başqa ölkənin hökumətini dəyişmək olan hərbi hərəkətlərin legitimliyini tanıya bilməz”, - o deyib.
Siyasətçi vurğuladı ki, bu cür hərəkətlər dünyanı daha böyük qeyri-sabitlik və qeyri-müəyyənliyə sövq edə biləcək “dəhşətli və çox təhlükəli presedent” yaradır.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Kolumbiya lideri Qustavo Petronu hədələməsindən sonra Kolumbiya Xarici İşlər Nazirliyinin ABŞ-a etiraz edəcəyi bildirilmişdi.

















