İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Alen Elçinqer bildirib ki, İsveçrə neytral ölkə kimi Ukrayna üzrə "könüllülər koalisiyası"nın üzvü deyil.
1xeber.media xəbər verir ki, onun sözləri TASS agentliyinə istinadən verilib.
Elçinqer İsveçrənin Paris sammitində təklif olunan təhlükəsizlik zəmanəti formatlarından birində iştirak etməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab verib.
"Neytral ölkə kimi İsveçrə Ukraynaya hərbi dəstək verən bu koalisiyanın üzvü deyil və buna görə də Paris sammitində təmsil olunmayıb", - deyə diplomat bildirib.
Macarıstan daha əvvəl "könüllülər koalisiyası"nın Avropa və Rusiya arasında münaqişəyə doğru daha bir addım atdığını bəyan etmişdi. Xarici işlər naziri Peter Siyyartonun sözlərinə görə, Budapeşt "müharibəyə doğru daha bir addımı qətiyyətlə rədd edir" və sülh danışıqlarının tərəfdarıdır.
6 yanvarda Parisdə "könüllülər koalisiyası" ölkələrinin liderlərinin görüşü keçirilib. Görüşdə Ukraynaya yardımla bağlı iki bəyannamə qəbul edilib.

















