Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.
1xeber.media xəbər verir ki, yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Elnur Nəbizadə və daha iki nəfər Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Onlardan ümumilikdə 13 kq narkotik götürülüb. Məhkəmənin qərarı ilə saxlanılanlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

















