1xeber.media xəbər verir ki, fransız futbolçu Aleksis Verqos Taylandda şəlalənin yaxınlığında selfi çəkərkən hündürlükdən yıxılaraq ölüb.
Hadisə 22 yaşlı idmançının nişanlısı ilə tətildə olduğu Koh Samui adasında baş verib. Verqos sürüşkən qayaların üzərində sürüşərək suya yıxılıb və başı qayalara dəyib. Meyitin yarılması nəticəsində onun aldığı xəsarətdən hadisə yerində öldüyü məlum olub. Xilasedicilər güclü cərəyanlara baxmayaraq, onun cəsədini yarıqdan çıxarıblar. Futbolçunun sevgilisi ağac budağına yapışaraq sağ qalıb.
Verqosun böyüdüyü Fransa klubu "Kimper Herge Armel" oyunçunun ölümünü təsdiqləyib və atası və məşqçisi Tyerri Verqosa, eləcə də ailəsinin digər üzvlərinə başsağlığı verib. Oyunçu iki mövsüm əvvəl klubun əsas komandasında oynayıb.
Daha əvvəl Volqoqrad "Rotor"unun keçmiş hücumçusu Maksim Bondarenko 44 yaşında vəfat edib. "Rotor" futbolçunun ölüm səbəbini açıqlamadan onun ailəsinə və dostlarına başsağlığı verib.

















