Avstraliyanın cənub-şərqində yerləşən Viktoriya ştatında baş verən meşə yanğınları 130-dan çox bina və evi məhv edib, 38.000 insanı elektriksiz qoyub.
1xeber.media xəbər verir ki, Reuters bu barədə 10 yanvar şənbə günü yanğınsöndürmə rəsmilərinə istinadən məlumat verib.
Artıq 300.000 hektar ərazini məhv edən yanğınların söndürülməsində iştirak edən qüvvələr bildiriblər ki, bu yanğınlar 2019-2020-ci illərin "Qara Yay"ından bəri ştatda ən böyük yanğındır. Həmin vaxt Türkiyə böyüklüyündə bir ərazi qitəni yandırıb və 33 nəfərin ölümünə səbəb olub.
Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, "Mənim fikirlərim bu çox çətin dövrdə bu regional icmalardakı avstraliyalılarla (sakinlərlə - red.) bağlıdır".

















