Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki səkidə asfalt qatı çöküb.
1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) ərazidə apardığı qazıntıdan sonra səkiyə asfalt örtüyü çəkilib. Bundan cəmi bir gün sonra yeni çəkilən qat tamamilə çöküb.
















