Yanvarın 16-da iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Şəmkir, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən 1xeber.media-ya bildirilib ki, görüş saat 11:00-dan etibarən Şəmkir şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında Şəmkir Gənclər Evində keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

















