1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrandakı etirazçıları hökumət binalarını ələ keçirməyə çağırdı.
"İran vətənpərvərləri, etirazlarınızı davam etdirin - binalarınızı ələ keçirin!! Qatillərin və zorakılıq edənlərin adlarını yadda saxlayın. Onlar bunun bədəlini ağır ödəyəcəklər", - deyə o, özünün Truth Social səhifəsində yazıb.
Tramp əlavə edib ki, "etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər" İran hakimiyyəti ilə əvvəlcədən planlaşdırılan bütün əlaqələri ləğv edib. Amerika prezidenti həmçinin etirazçılara yardımın "yolunda" olduğunu vəd edib.

















