Rusiya qüvvələri Ukraynadakı hədəflərə zərbələr endirib.
1xeber.media xəbər verir ki, ilkin məlumatlara görə, zərbələr ballistik raketlərdən istifadə edilərək həyata keçirilib. Hücum hədəflərinin Dnepropetrovsk, Poltava və Xarkov yaxınlığında olduğu bildirilir.
Yerli hakimiyyət orqanları bu cür zərbələr barədə məlumat verməyib. Lakin Ukrayna Hərbi Hava Qüvvələri Telegram kanalında ballistik raket təhlükəsi barədə məlumat verib.
Daha əvvəl Odessadakı Polşa Baş Konsulluğuna gecə hücumu nəticəsində ziyan dəydiyi bildirilmişdi. Diplomatik heyətdən heç kim xəsarət almayıb.

















