
1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada sülhə nail olmaq üçün Rusiyanın təklif etdiyi yeni beynəlxalq təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrə qayıtmaq lazımdır.
Rusiya lideri bildirib ki, "Biz yeni, etibarlı və ədalətli Avropa və qlobal təhlükəsizliyə qayıtmalıyıq. Biz onları qane edə biləcək variantlar və rasional həllər təklif etmişik".
O, Ukraynadakı münaqişənin məhz bu prinsiplər əsasında həllinə nail olunacağına əminliyini ifadə edib.
Putin daha əvvəl beynəlxalq vəziyyətin getdikcə pisləşməsindən şikayətlənib. O qeyd edib ki, dünyada "onlarla ölkə" öz hüquqlarına hörmətsizlikdən, eləcə də xaos və qanunsuzluqdan əziyyət çəkir.

















