Avropa İttifaqı yeni Avropa təhlükəsizlik strategiyası üzərində işə başlayıb.
1xeber.media xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bunu Kiprdə keçirilən mətbuat konfransında açıqlayıb. Bir jurnalist ondan Avropa Təhlükəsizlik Şurasının yaradılıb-yaradılmayacağını soruşub. "Biz yeni Avropa təhlükəsizlik strategiyası üzərində işləməyə yeni başlayırıq və bu ilkin mərhələdə mövzuların siyahısını ciddi şəkildə məhdudlaşdırmaq və ya əksinə genişləndirmək yersiz olardı. Nəticədə, Avropa təhlükəsizlik strategiyasını təqdim etdiyimiz zaman bu suala cavab alacaqsınız", - deyə fon der Leyen cavab verib. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Qrenlandiyanın təhlükəsizlik sahəsində Aİ-nin dəstəyinə arxalana biləcəyini bildirmişdi.Lakin fon der Leyen qeyd edib ki, Arktika təhlükəsizlik məsələləri ənənəvi olaraq NATO-nun məsuliyyətidir.

















