Çin Rusiyadan elektrik enerjisinin idxalını dayandırıb.
1xeber.media xəbər verir ki, bu barədə "Röyters" Rusiya Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən agentliyə bildirilib ki, razılaşdırılmış şərtlərdən asılı olaraq satışların bərpası planlaşdırılır və danışıqlar davam edir.
Vurğulanıb ki, əsas prioritet Rusiyanın Uzaq Şərq bölgəsində artan elektrik enerjisi tələbatının ödənilməsidir.
Qeyd edək ki, tədarükün dayandırılması qərarın hansı tərəf tərəfindən qəbul edildiyi açıqlanmayıb.

















