İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirliyimz və Təbrizdəki Baş konsulluğumuz mütəmadi olaraq fəaliyyətdədir.
1xeber.media report-a istinadla xəbər verir ki, bu barədə arici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, İrandakı Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir saat belə dayanmayıb:
"Azərbaycan vətəndaşları orada hansısa çətçnliklə üzləşəndə əlaqə nömrələri qeyd olunub. Biz orada hər hansı ciddi problem görmürük, ona görə də məsələ ilə bağlı Səfirlik və Baş konsulluğumuz tam fəaliyyətdədir".

















