1xeber.media xəbər verir ki,Xəzər rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar rayonun mərkəzi küçələrində, o cümlədən Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında kollektiv və ictimaiyyət nümayəndələrinin iştirakı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunmuş, məzarlar üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.
























