Ölkə ərazisində yağan güclü qar Cəlilabad rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində çətinliklər yaradıb. Külək və qar xətlərdə qəzalara səbəb olub.
1xeber.media xəbər verir ki,qar bağlayan yollarda nəqliyyatla hərəkət etmək, kəndlərə gediş-gəliş çətinləşib. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-
nin əməkdaşları bir neçə gündür böyük fədakarlıqla həm Cəlilabadda, həm də güclü qar yağan digər rayonlarda baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz işləyir.
Artıq bir çox yerlərdə enerjinin verilişi təmin olunub. Qısa
zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

















