"Qarabağ" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda video köməkçi hakim (VAR) sistemi işləyib.
1xeber.media xəbər verir ki, bu barədə report-a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, sadəcə, qarşılaşmanın əvvəlində baş hakimlə VAR otağı arasında rabitə problemi yaranıb:
"Bu isə tezliklə həll edilib və matç başlayıb. Oyunda VAR sistemi olub".
Qeyd edək ki, "Qarabağ" "Aytraxt"ı 3:2 hesabı ilə məğlub edib. Matçın baş hakimi isveçərli Sandro Şerer olub.

















