Bu gün Bakı Media Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın doğum günüdür.
1xeber.media xatırladır ki, Arzu Əliyeva 1989-ci il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.
Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrə və Böyük Britaniyada alıb.
2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub. İki övladı var.
Qeyd edək ki, Bakı Media Mərkəzinin rəhbəri olaraq Arzu Əliyevanın təqdim etdiyi layihələr beynəlxalq arenada uğurla nümayiş olunur.
1xeber.media adından Arzu Əliyevanı təbrik edir,uzun ömr,,sağlam can,işlərində uğurlar arzulayırıq!

















