Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
1xeber.media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,71 ABŞ dolları və ya 2,5% artaraq 68,34 ABŞ dollarına bərabər olub.
Azərbaycan neftinin əvvəlki qiyməti 66,63 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

















