ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri iddia edir ki, Alzheimer xəstəliyinə tutula bilər.
1xeber.media xəbər verir ki, "New York Magazine" qohumunun dediklərini sitat gətirib.
Meri bu fərziyyəni prezidentin atasını xatırladan üz ifadəsinə əsaslanaraq irəli sürüb - "faralara ilişmiş maral kimi".
"Bəzən elə gəlir ki, o, zaman və məkanda tamamilə çaşqınlıq içindədir", - Trampın qohumu deyib.
Hazırkı ABŞ prezidentinin atası, sahibkar Fred Tramp ömrünün son illərində Alzheimer xəstəliyindən əziyyət çəkirdi. O, 93 yaşında vəfat edib.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, Davos Forumunda Donald Trampın sol əlində müşahidə edilən yeni bir qançır onun masanın küncünə dəyməsi nəticəsində yaranıb.

















