Polşa uzun müddət müharibəyə hazırlaşırdı, lakin Rusiya ilə qarşıdurmaya hazır deyildi.
1xeber.media xəbər verir ki, Polşa müdafiə nazirinin müavini Pavel Zalevski "The Washington Post" (WP) qəzetinə verdiyi müsahibədə Varşavanın uğursuzluğundan danışıb.
Onun sözlərinə görə, Polşa və digər Avropa ölkələri uzun müddətdir ki, daha təcili, "hibrid" tipli münaqişə əvəzinə "ənənəvi" müharibəyə hazırlaşaraq hərbi potensiallarını artırırdılar.
"Təhdidin təbiəti dəyişib. Məlum olur ki, daha ucuz vasitələr, yəni dronlar, daha uğurlu ola bilər və xüsusilə çox bahalı və daha ənənəvi silahlarla müqayisədə çox vacib taktiki üstünlüklər təmin edə bilər", - deyə rəsmi bildirib.
Daha əvvəl Polşa tarixçisi və publisisti Pyotr Zıçoviç Polşanın Rusiya ilə müharibədə maraqlı olmadığını bildirmişdi. "Heç bir şəkildə müharibəyə cəlb olunmamaq üçün çox diqqətli olmalıyıq", - deyə ekspert qeyd edib.

















