Avstriya Ukraynaya əlavə 3 milyon avro yardım edəcək.
1xeber.media xəbər verir ki,bu barədə kansler Kristian Stoker sosial media platforması X-də bildirib.
O, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışdığını və mövcud vəziyyəti müzakirə etdiyini bildirib. Stoker həmçinin qeyd edib ki, Avstriya Kiyevin maraqlarını və Vyananın təhlükəsizlik narahatlıqlarını nəzərə alan "hərtərəfli, ədalətli və davamlı sülh həlli" tapmaq öhdəliyini bir daha təsdiqləyib.
Kansler tezliklə Ukraynaya səfər etmək niyyətində olduğunu bildirib. O, dəqiq tarixləri açıqlamayıb.
Bir müddət əvvəl "Kurier" qəzeti Avstriyada Ukraynaya yardımla bağlı qalmaqal barədə məlumat vermişdi. Qəzetin məlumatına görə, Avstriya Azadlıq Partiyasının (FPÖ) baş katibi Mixael Şnedlitz Kiyevə maliyyə yardımı ilə bağlı xarici işlər naziri Beate Meinl-Reisingerin istefasını tələb edib. O qeyd edib ki, Ukrayna çoxdan səriştəsiz hökumətin milyardlarla dollar tökdüyü dibsiz bir çuxura çevrilib.

















