ABŞ-ın keçmiş prezidenti Co Bayden amerikalıları hazırkı ABŞ lideri Donald Trampa qarşı "ayağa qalxıb öz fikrini bildirməyə" çağırıb.
1xeber.media xəbər verir ki, o, bunu Minneapolisdəki etirazlar fonunda özünün X sosial media səhifəsində yazıb.
İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının hərəkətlərini şərh edərkən bildirib ki, Minnesota sakinləri "bu administrasiyanın. əlindən kifayət qədər əziyyət çəkiblər". Bayden qeyd edib ki, zorakılıq və terrorun Amerika küçələrində yeri yoxdur, xüsusən də təhlükə "öz hökumətləri" olduqda.
O deyib: "Əgər biz - bütün Amerika - ayağa qalxıb öz fikrini bildirsək, heç kim, hətta prezident belə, Amerikanın müdafiə etdiyi və inandığı şeyi məhv edə bilməz. Biz kim olduğumuzu bilirik. Bunu dünyaya göstərməyin vaxtıdır".
Bayden əvvəllər Trampı 6 yanvar 2021-ci ildə Kapitoliyə basqını dəstəklədiyinə görə üsyançı adlandırmışdı. "O, şübhəsiz ki, üsyanı dəstəkləyib. Buna şübhə yoxdur", - siyasətçi bildirib.

















