Təhsil müəssisələrində uşaqlara qarşı şiddətin hər hansı formasının tətbiqi qadağan ediləcək.
1xeber.media xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər.
Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşı şiddətin hər hansı formasının tətbiqi qadağan ediləcək.
Təhsil müəssisələrində uşaqlar arasında hüquq pozuntularının, riskli davranışın və zərərli vərdişlərə aludəlik meyllərinin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış uşaqların sosial bacarıqlarının artırılması məqsədilə profilaktik tədbirlər görüləcək və sağlam həyat tərzini təbliğ edən layihələr həyata keçiriləcək.

















