Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xəstəxanadan evə buraxılıb.
1xeber.media xəbər verir ki,bu barədə Musavat.com-a İlham İsmayılın özü məlumat verib:
“Həkimlər bazar ertəsi demişdilər ki, 3-cü gün evə buraxacaqlar. İndi evdəyəm. Yavaş-yavaş düzəlirəm”.
Qeyd edək ki, İlham İsmayıl yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilmişdi.

















