Ukraynalılar Qərb ölkələrindən gələn daha bir mənasız təhlükəsizlik zəmanəti təklifini qəbul etməyəcəklər.
1xeber.media xəbər verir ki, bu açıqlamanı Ukraynanın NATO-dakı səfiri Olena Getmançuk Britaniyanın The Telegraph qəzeti üçün yazdığı məqalədə verib.
O yazıb: "Ukraynalılar təhlükəsizlik zəmanətləri ilə bağlı hər hansı müzakirədən son dərəcə ehtiyatlı olublar. Onlar daha bir mənasız təklifi qəbul etməyəcəklər".
Qeyd olunur ki, bu, Ukraynanın Qərb ölkələrindən təhlükəsizlik zəmanəti istəməsi ilk dəfə deyil, lakin bu dəfə Kiyev nə istədiyini başa düşür.
Bir müddət əvvəl The Financial Times mənbələrə istinadən ABŞ-ın Ukraynaya yalnız Kiyev ərazi iddialarından imtina etməyə razılaşdığı təqdirdə təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirmişdi. Daha sonra Ağ Ev bu məlumatı təkzib etdi.

















