Dənizkənarı Bulvar İdarəsi dünən bir tenderin nəticəsini açıqlayıb. Digər tenderini isə elan edib.
1xeber.media xəbər verir ki,Tribuna.az xəbər verir ki, sözügedən qurum nəticəsini açıqladığı tenderi zanbaq (tülpan) soğanaqlarının satın alınması ilə bağlıdır.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “FLORA HOLLAND” MMC olub. Anlaşmaya əsasən şirkət Dənizkənarı Bulvar İdarəsinə 97 min 500 ədəd zanbaq soğanağı almalıdır. Bunun müqabilində isə onlara 79 min 384 manat ödəniləcək.
Bununla paralel olaraq İdarə başqa bir tenderin də elanını verib. Tribuna.az xəbər verir ki, dövlət qurumu xüsusi geyim və fərdi mühafizə vasitələrinin satın alınmasını həyata keçirməyi planlaşdırır. 79 min 151 manat büdcə ayıran Dənizkənar Bulvar İdarəsinin keçirdiyi tenderin nəticəsi fevralın 18-də açıqlanacaq.
Qeyd edək ki, ötəın il Dənizkənarı Bulvar İdarəsi analoji tender keçirərək, ölkənin aparıcı tibb şirkəti olan “Gill Med” MMC-dən mühafiəz paltarları almışdı. Görəsən, bu ilə analoji addımı atacaq?

















