Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.
1xeber.media qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.
Digər əmrlə Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Elnarə Rüfət qızı Əliyeva-İsgəndərova təyin edilib.
Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Rauf Gündüz oğlu Səfərov olub. Elnarə Əliyeva-İsgəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.

















