İsrail Müdafiə Qüvvələri Suriya sərhədindəki bufer zonaya “müvəqqəti olaraq” nəzarəti davam etdirəcək.1xeber.media xəbər verir ki, bu bəyanat dekabrın 12-də İsrailin baş naziri Binyamin Netanyahunun ofisində səsləndirilib.
“Yerləşdirmə 1974-cü il razılaşmasına sadiq qüvvələr meydana çıxana qədər müvəqqətidir”, - deyə RİA Novosti məlumat yayıb.Sərhəddə təhlükəsizlik təmin olunana qədər zonaya nəzarətin davam edəcəyi də dəqiqləşdirilir.
Netanyahunun ofisi qeyd edib ki, Bəşər Əsədin Suriya prezidenti kimi istefası İsrail-Suriya sərhədində və 1974-cü ildə qüvvələr bölgüsü razılaşması ilə yaradılmış bufer zonada “boşluq yaradıb”.