Livan və İsrail arasında atəşkəs razılaşması oldu
İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəs sazişi imzalayıb və indi İsrailin baş naziri Binyamin Netanyahu bunu ictimaiyyətə necə təqdim etmək üzərində işləyir.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.
Telekanalın məlumatına əsasən, məqsəd atəşkəsi “kompromis” kimi deyil, İsrail üçün faydalı kimi təqdim etməkdir.
Bildirilib ki, məsələ Netanyahu tərəfindən bir neçə yüksək səviyyəli nazir və təhlükəsizlik rəsmiləri ilə görüşdə müzakirə edilib.
Buna əsasən, İsrail Livan-Suriya sərhədində hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayacaq.