1xeber.media xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, amerikalı aktyor Timoti Şalamet bir jurnalistin televiziya ulduzu Kayli Cennerlə toyu barədə soruşduqda narahat görünüb.
"Marti Möhtəşəm" filminin ulduzu Prins Çarlz Kinoteatrında prodüser Riçard Körtislə mətbuat konfransında iştirak edib. Tədbirdə Körtis aktyordan Cennerlə toyunda iştirak etmək ehtimalı barədə cəsarətlə soruşub. "Bu, çox şəxsi məsələdir. Xeyr, yəqin ki, problemə düşərdim", - Çalamet etiraf edib.

















