Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Buzovna qəsəbəsində yerləşən 5 nömrəli Bakı Peşə Məktəbində vətəndaşlarla görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik, qəsəbə bələdiyyəsi, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
1xeber.media xəbər verir ki,görüş zamanı sakinlərin sosial-məişət, infrastruktur və kommunal xidmətlərlə bağlı müraciətləri dinlənilmiş, qaldırılan məsələlər qeydə alınaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Müraciətlərdə əks olunan problemlərin bir qismi yerindəcə həll edilmiş, digər məsələlərin isə mərhələli şəkildə həlli istiqamətində tədbirlərin görüləcəyi bildirilmişdir.
Qəbulda iştirak edən sakinlər vətəndaşların qayğılarının öyrənilməsi və problemlərinin həlli məqsədilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər.























