
Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.
1xeber.media xəbər verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 min 660 ton taxıl (bugünkü 560 ton da daxil olmaqla) göndərilib.
*** 15:09
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.
1xeber.media xəbər verir ki, bu gün 8 ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.

















