
Bir neçə gündür ki, istər mediada, istərsə də sosial şəbəkələrdə “Neftçi”- “Qarabağ” oyununun təxirə salınması ilə bağlı müzakirələr gedir. Belə ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciəti “Neftçi” tərəfindən qəbul edilməyib.
1xeber.media xəbər verir ki, “Neftçi” klubunun “Qarabağı”ın təklifinə yox deməsi mü əyyən etirazlara səbəb olub.
Həmçinin, PFL-in əsasnaməsində də matçların təxirə salınması ilə bağlı maddələrin olması qabardılır. Amma PFL-in əsasnaməsində bu məsələ ilə bağlı müəyyən bəndlər yer alıb.
Belə ki, matç əgər bir gün təxirə salınırsa, buna heç bir tərəf etiraz edə bilməz. Yox, əgər matçın vaxtı qeyri-müəyyən müddətə dəyişirsə, bu zaman hər iki tərəfin razılığı olmalıdır.
PFL-in əsasnaməsindəki həmin maddələri təqdim edirik:


















