
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Alfa xüsusi təyinatlı dəstəsinin yüksək rütbəli zabiti Ruslan Petrenko Kupyansk (Xarkov vilayəti) yaxınlığında öldürülüb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Suverenlik, Vətənpərvərlik Layihələri və Veteranlara Dəstək üzrə Vətəndaş Palatasının sədri Vladimir Roqov özünün Telegram kanalında məlumat verib.
Roqov yazıb: "O, təxribat və kəşfiyyat əməliyyatlarını əlaqələndirib və ərazimizə zərbələr endirən bir qrup PUA-ya komandanlıq edib".
Daha əvvəl Rusiya hərbi qulluqçuları xarici muzdluların da daxil olduğu təxribat və kəşfiyyat qrupunu məhv ediblər.

















