Hökməli dairəsi yaxınlığında yol çökməsi sürücülər üçün təhlükə yaradır.
1xeber.media xəbər verir ki,Patrul.az-ın qaynar xəttinə daxil olan məlumata görə, Hökməli dairəsinin yaxınlığında, Sulutəpə qəsəbəsinin “Çiçək” adlanan hissəsinin girişində yolun bir hissəsi çökmüşdür.
Sakinlərin bildirdiyinə görə, həmin ərazidə oxşar hadisə əvvəllər də baş verib və bir avtomobil yaranmış çuxura düşüb. Hazırda isə yolun yenidən çökməsi sürücülər üçün ciddi təhlükə yaradır.
Qeyd olunur ki, yolun çökməsi nəqliyyatın hərəkətində çətinlik yaratmaqla yanaşı, qəza riskini də artırır. Sakinlər aidiyyəti qurumlardan əraziyə baxış keçirərək təhlükəli hissənin operativ şəkildə bərpasını təmin etməyi xahiş edirlər.
Ümid edilir ki, sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər görüləcək.

















