Ukraynanın Avropa Birliyinə (AB) qoşulması bütün Avropanı Rusiya ilə münaqişəyə sürükləyə bilər.
1xeber.media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu sosial media səhifəsində bildirib.
"Ukraynanın AB-yə qoşulması Avropanı müharibəyə sürükləyəcək. AB üzvlüyü səhv yoldur", - deyə o bildirib.
O, Avropanın Ukraynanın qoşulmasına deyil, Kiyevlə "strateji tərəfdaşlığa" diqqət yetirməli olduğunu iddia edib ki, bu da yeganə "məsuliyyətli seçimdir".
Orban daha əvvəl bildirib ki, yeni AB-Ukrayna hərbi planı Macarıstana müharibə elanıdır. O, bu plana əsasən, Kiyevin 2027-ci ildə AB-yə qəbul ediləcəyini dəqiqləşdirib. "Onlar Macarıstan xalqının qərarını qulaqardına vururlar və Macarıstan hökumətini istənilən vasitə ilə devirmək əzmindədirlər", - deyə o yazıb.

















