Ukrayna sülh müqaviləsi layihəsində ölkənin Avropa Birliyinə (AB) qoşulması üçün konkret bir tarixin olmasını istəyir.
1xeber.media xəbər verir ki, UNIAN xəbər agentliyinin Telegram-da paylaşdığı məlumata görə, bunu Ukrayna Prezidenti Volodymyr Zelensky açıqlayıb.
Zelensky iddia edir ki, əks halda Rusiya Kiyevin qoşulma prosesini bloklayacaq. "Hətta öz əli ilə deyil, müəyyən Avropa nümayəndələrinin əli ilə. Biz klasterlərin açılmadığı uyğun vəziyyətin şahidi oluruq", - deyə o bildirib.

















