1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev digər ölkələrlə münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirərək, nə üçün həmişə nəzakətə riayət etmədiyini izah edib.
"Bəli, nəzakət, diplomatik ritorika var. Bilirsiniz, mən həmişə buna əməl etmirəm; Xarici İşlər Nazirliyində işləmirəm", - deyə sədr müavini istehzalı şəkildə qeyd edib.

















