Ukrayna Prezidenti Vladimir Zelenski on Rusiya idmançısına qarşı sanksiyalar tətbiq edən fərman imzalayıb.
1xeber.media xəbər verir ki, müvafiq sənəd Ukrayna liderinin saytında dərc edilib.
Bəyanatda deyilir: "Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının on Rusiya idmançısına qarşı sanksiyalar tətbiq etmək qərarını həyata keçirən fərman imzalayıb".
Sanksiyaların tətbiqi qərarı ukraynalı skelet yarışçısı Vladislav Qeraskeviç ərizə təqdim etdikdən sonra verilib. Sanksiya siyahısına Yana Yeqoryan, Arkadi Dvorkoviç, Angelina Melnikova, Vladislav Larin, Maksim Xramtsov, Mədinə Taymazova, İmam Qanişov, Yevqen Baydusov, Fedor Çudinov və Svetlana Qomboyeva daxildir.

















