1xeber.media xəbər verir ki, həbsdə olan Ukraynanın keçmiş energetika naziri Herman Qaluşçenko məhkəmədə Ali Radanın keçmiş üzvü və rusiyalı senator Andrey Derkaçla əlaqəsi barədə ifadə verib.
Nəşrin məlumatına görə, "O, Derkaçla [Ukrayna] prezident administrasiyasında işləyərkən (2010-cu ilə qədər) tanış olduğunu və Derkaçı sonuncu dəfə 2019-cu ildə gördüyünü bildirib".
Qaluşçenko 15 fevralda saxlanılıb. Onun ölkədən qaçmağa çalışdığı bildirilib.
Keçmiş nazir daha sonra həbsi ilə bağlı şərh verərək, ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib.

















