“PAŞA Holding” MMC-də kadr dəyişikliyi baş verib.
1xeber.media xəbər verir ki,Vahidə Rzayeva şirkətin İnsan Resursları və İnzibati işlər departamentinin direktoru vəzifəsinə təyin olunub.
O, 2023–2024-cü illərdə “AzerGold” QSC-də İnsan Resursları direktoru kimi fəaliyyət göstərib. Bundan əvvəl isə 2020–2022-ci illərdə “Azercell Telekom” MMC-də Təşkilati İnkişaf və Transformasiya üzrə ekspert vəzifəsində çalışıb.
Vahidə Rzayeva bakalavr təhsilini Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında İdarəetmə ixtisası üzrə (2007–2011) alıb. Magistr təhsilini isə ABŞ-ın Georgia State University və Azərbaycan Dövlət Neft Akademiyasının birgə proqramı çərçivəsində Əməliyyatların İdarəedilməsi ixtisası üzrə (2011–2013) başa vurub.

















