Xəbər verdiyimiz kimi,"Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli "Liv Bona Dea Hospital"dan şikayətçidir.
O, yanvarın 14-də səhər saat 7-də sözügedən xəstəxanaya planlı açıq ginekoloji əməliyyat üçün gedib. Əməliyyatdan sonra dəhşətli ağrı hiss edib və nə qədər kömək istəsə də, ona məhəl qoyulmayıb. Əksinə, tibb personal onunla kobud rəftar edib, yarasının üzərinə qab atılıb.
1xeber.media xəbər verir ki,iddialara görə, xəstəxanada yer olmadığı üçün əməliyyat ginekoloji deyil, kardioloji şöbədə həyata keçirilib.
Hadisədən sonra “Liv Bona Dea” Hospital Nigar Köçərlini məhkəməyə verib. Buna səbəb kimi hospitalın nüfuzuna xələl gətiriləcək paylaşımların edildiyi göstərilir:
Nigar Köçərlinin bildirdiyinə görə martın 4-də Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital”-nın ona qarşı 222 395 manat təzminat tələb edən iddiasına baxılacaq.
Özünün instagram səhifəsində paylaşım edən Köçərli bildirir ki, məhkəməyə verilməyinə səbəb əməliyyatdan sonrakı münasibətdən narazı qalaraq şəxsi sosial şəbəkə hesabında paylaşım etməyidir.
Qeyd edək ki,hospital, 2 posta görə 222395 AZN təzminat tələb edir.
Sitat:
"Son günlər qohumlar, tanışlar mənə zəng edirlər, mesaj yazırlar, linklər atırlar və deyirlər: “Bilmirsən Liv Bona Dea Rövnəq Abdullayevindir?”
Dönə-dönə yazırlar: “Qorxmursan? Sən nə edirsən? Başını sal, işini gör.”
Səmimi etiraf edirəm — qorxuram. Rövnəq Abdullayevdən qorxuram. Ailəmə, uşaqlarıma görə qorxuram. İşimə görə qorxuram. Mənəvi cəhətdən çökmüş durumuma, fiziki ağrılar içində qovrulduğum üçün qorxuram…
Amma bu qorxu “Liv Bona Dea”da gördüyüm dəhşəti unutdurmur. Hətta indiki durumumda belə başa düşürəm ki, qorxu ədaləti məhv etmək gücündə deyil."-deyə Nigar Köçərli paylaşımda qeyd edib.

Xatırladaq ki,mediada “Liv Bona Dea Hospital”ın “SOCAR”-ın sabiq rəhbəri, hazırda isə İqtisadiyyat nazirinin müavini vəzifəsini tutan Rövnəq Abdullayevin qızı Sevinc Əliyevaya məxsus olması barədə məlumatlar var.