Tehran ABŞ və İsrailə dəstək verdiklərinə görə xaricdə yaşayan iranlıların əmlakının müsadirə ediləcəyi ilə hədələyibş
1xeber.media bu barədə Reuters-ə istinadla xəbər verir .
“Xəbərdarlıq xaricdə yaşayan, bu və ya digər şəkildə düşmənə rəğbət bəsləyən, onu dəstəkləyən və ya onunla əməkdaşlıq edən həmin iranlılara şamil edilib. Onları bütün əmlakının müsadirəsi və qanunla nəzərdə tutulmuş digər cəzalar gözləyir”, - deyə yerli medianın məlumatına görə, İran Baş Prokurorluğundan bildirilib.
Bu bəyanat diasporun Avropa və ABŞ-dakı kütləvi aksiyaları fonunda səslənib. Həmin aksiyalarda çoxu ayətullah Əli Xameneinin ölümünü bayram edib və Tehrana qarşı hərbi kampaniyanı alqışlayıb.

















