1xeber.media xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ölkənin təhlükəsizliyini təmin etmək üçün Kipr yaxınlığındakı Aralıq dənizində Fransa təyyarədaşıyan gəmisi "Şarl de Qoll"un yerləşdirildiyini açıqlayıb.
Dövlət başçısı izah edib ki, "Şarl de Qoll və onun hava qrupu hazırda ümumi müdafiə mövqeyini gücləndirmək və onu uzunmüddətli perspektivdə qorumaq üçün Kipr yaxınlığında yerləşdirilib".
Makron bildirib ki, o, Kipr prezidenti Nikos Xristodulides və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə Avropa Birliyi vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və onların Yaxın Şərq ölkələrindən təxliyəsi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəlib.
Martın 6-da "Şarl de Qoll" təyyarədaşıyan gəmisi Aralıq dənizinə daxil olub. Gəmi İranın hava hücumlarına məruz qalan Fransa və müttəfiq vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bölgəyə göndərilib.

















