1xeber.media xəbər verir ki, fiqurlu konkisürən Petr Qumennik Rusiya Qran Prisinin finalında qalib gəlib.
23 yaşlı idmançı qısa və sərbəst proqramlarda 303,16 xal toplayıb. İkinci yeri Yevgeni Semenenko (286,97), üçüncü yeri isə Nikolay Uqojayev (286,47) tutub.
Rusiya Qran Prisinin finalı 4-9 mart tarixlərində Çelyabinskdə keçirilib. Qumennik bu yarışın üçqat qalibidir.
Konkisürən həmçinin bu yaxınlarda Milan və Kortina d'Ampezzoda keçirilən Qış Olimpiya Oyunlarında da iştirak edib və orada altıncı yeri tutub.

















